Misirdə keçmiş teleaparıcıya ölüm hökmü verildi
Misirdə məhkəmə keçmiş teleaparıcı Sara Xəlifə və daha 11 nəfəri narkotik cinayətinə görə ölüm cəzasına məhkum edib. Təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanılmasında ittiham olunublar. Minval.info xəbər verir ki, iş üzrə daha doqquz nəfər ömürlük həbs cəzası alıb, yeddi təqsirləndirilən şəxs isə bəraət qazanıb. Lakin ölüm hökmü hələ yekun qərar hesab edilmir və təqsirləndirilən şəxslərin apellyasiya və kassasiya instansiyalarına şikayət vermək hüququ var.
İstintaqın diqqət mərkəzinə düşən cinayət şəbəkəsi ilə bağlı araşdırmalar 2025-ci ilin aprelində başlayıb. Qahirənin şərq hissəsində yerləşən bir yaşayış evində sintetik narkotiklərin hazırlandığı gizli istehsal məntəqəsi aşkarlanıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanları ümumilikdə 750 kiloqramdan çox narkotik maddə müsadirə edib.
Sara Xəlifə televiziya fəaliyyətinə Səudiyyə Ərəbistanı və İraqda başlayıb. Daha sonra şəxsi müəllif proqramını hazırlayıb və Qahirədə gözəllik salonu açıb. Keçmiş aparıcının sosial şəbəkələrdəki hesablarını isə 3 milyondan çox istifadəçi izləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir