21.06.2018 - 14:36
Gündəm
20 baxış
Zəhərlənən pambıqçılara görə işdən çıxarılan məmura yenə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisi Camal Quliyevə vəzifə verilib.
Minval.info oxu.az-a istinadla xəbər verir ki, keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən gün Kənd Təsərrüfat naziri İnam Kərimovun əmrinə əsasən, Camal Quliyev vəzifəsindən azad edilib. Mediada onun pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı işdən çıxarıldığı bildirilsə də, C.Quliyev bu iddiaları təkzib etmiş, başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında işdən çıxdığını və yeni işinin ən qısa müddətdə elan ediləcəyini bildirmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39