“Yeni il”də ardıcıl 5 gün iş olmayacaq
Ötən həftə Nazirlər Kabineti gələn ilin bayram günlərini açıqlasa da, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və “Yeni il” bayramı siyahıda yer almayıb.
“Minval.info” xəbər verir ki, bu səbəbdən yeni ilin tətil günləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Yeni il” bayramı dekabrın 31-i, yanvarın 1-i və 2-sidir. Bayramın son 2 günü həftənin şənbə və bazar gününə təsadüf etdiyi üçün yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur.
Bu hesabla, “Yeni il” bayramında 5 gün ardıcıl qeyri-iş günü olacaq.
Qeyd edək ki, hələlik bununla bağlı rəsmi qurumlar açıqlama yaymayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi tarix yazır: 1000-ci oyun həyəcanı!
Ayxan Abbasovdan milli komanda üçün yeni heyət
Bakı məktəbləri Formula-1 səbəbindən onlayn keçir
İnam Kərimov Seulda hüquqi islahatları müzakirə etdi
Bakıda yağmursuz, bölgələrdə leysan gözlənilir
KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi
DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı