Yaylaq Festivalındakı böyük tıxacla bağlı DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə və mediada Azərbaycanda keçirilən II Yaylaq Festivalı zamanı böyük tıxacların olması və bunun vətəndaşların narazılığına səbəb olması ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Musavat.com-a bildirib ki, Göygöl rayonunda keçirilən festivalla bağlı polis gücləndirilmiş iş rejiminə keçib:
“Həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları müvafiq tədbirlər görüb. Festivala gələn avtomobillər əraziyə növbəli şəkildə buraxılıb. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir və həmin ərazidə olan yol bir tərəfli olmaqla bərəbar, sərt dolanbac və yoxuşludur. Bu səbəbdən orada adi günlərdə də avtomobillər aşağı sürətlə hərəkət etməlidir. Ötən gün yağışlı hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlar eyni anda festival ərazisini tərk etməyə başladı ki, bu zaman da DYP əməkdaşları vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin etdi. Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər, hər hansı yol-nəqliyyat hadisəsi də baş verməyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı