Yasamalda oğurluq edənlər saxlanıldı
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Adıgözəlov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini R.Məmmədovanın çantasından içərisində 300 manat, 200 avro və 30 lirə olan pulqabısını oğurlaması da müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
54 yaşlı kişi özünü asdı
Sumqayıtda avtomobil təmiri sexində yanğın
Sosial şəbəkədəki paylaşımına görə 1 ay həbs edildi
Göyçayın sabiq icra nümayəndəsi 800 min manat rüşvət alıb - İTTİHAM AKTI
Bakıda dəhşət - Rayondan gələn ata əxlaqsızlıq edən qızını bıçaqlayıb
Bakıda qəza törədən sürücü döyülüb xəstəxanalıq oldu