Yasamalda narkotacir saxlanıldı
Yasamal Rayon Polis İdarəsi (RPİ) və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanların sıyahısına daxil olan “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar olunub.
Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib. Ekspertiza ilə müəyyən edilib ki, M.Əsədovun evindən aşkar edilən heroinin təmiz çəkisi 1 kiloqram 141 qramdır. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır