Yardımlıdakı meşə yanğın ilə bağlı son vəziyyət

Lənkəranda baş verən yanğın artıq söndürülüb, Yardımlıda isə lokallaşdırılıb.
Minval.info bildirir ki, bunu Trend-ə açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib:
“Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.
Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır