YAP nümayəndə heyəti AKP sədrinin müavini ilə görüşüb
“Dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan digər iki ölkə yoxdur”.
Minval.info-nun xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 7-də İstanbulda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Bu, tarixi, siyasi və mənəvi həqiqətdir. Bizi bir birimizə yaxınlaşdıran təkcə güclü strateji əməkdaşlqı münasibətləri deyil, eyni zamanda dostluq və qardaşlıq əlaqəsidir. Vətən müharibəsi zamanı qardaş Türkiyənin haqq mübarizəsi aparan Azərbaycana qətiyyətli mənəvi-siyasi dəstək nümayiş etdirməsi münasibətlərimizin zirvə nöqtəsidir. 44 günlük Vətən müharibəsində qardaş ölkənin ictimaiyyəti də Azərbaycana dəstəyini nümayiş etdirdi ”, – o vurğulayıb.
Bundan başqa, T.Budaqovla Numan Kurtulmuş arasında görüş olub. Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.
Qeyd edək ki, Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
Almaniya səfiri İran XİN-ə çağırıldı
Ən təhlükəli bürclər: Balıqlar, tərəzilər, əqrəblər!
İsveçdə seçki sonrası baş nazir istefa verdi
Ermənistanda baş nazirlik iddiası: Karapetyan meydanda!