Almaniya səfiri İran XİN-ə çağırıldı
İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Vilhelm Ditmanı nazirliyə çağırıb. Bu addım, Almaniya rəsmilərinin İranın daxili işlərinə müdaxilə etməsi və “qəbuledilməz bəyanatlar” verməsi ilə əlaqədar atılıb.
Minval.info xəbər verir ki, rəsmi etirazı səfirə İran XİN rəhbərinin köməkçisi və Qərbi Avropa departamentinin direktoru Əlirza Yusifi təqdim edib. Görüş zamanı İran tərəfi Almaniya kansleri Fridrix Mertsin Tehrana qarşı səsləndirdiyi əsassız iddiaları rədd edib və Berlinin regional proseslərə “əsassız yanaşmasına” qarşı kəskin etirazını bildirib.
İran tərəfi, Almaniya rəhbərliyinin hazırkı siyasətinin dərhal nəzərdən keçirilməsinin və korreksiya edilməsinin zəruriliyini vurğulayıb. Yusifi həmçinin Almaniyanın İsrailə silah və siyasi dəstəyini tənqid edib. Almaniya diplomatik missiyasının rəhbəri isə İran tərəfinin etirazını ölkəsinin hökumətinə çatdıracağını bildirib.
ƏLAQƏLİ
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı