Paşinyan: Rusiya bazası çıxsa, sahibsiz qalmayacağıq
Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Gümrü şəhərində yerləşən 102-ci hərbi bazanın çıxarılması məsələsinə dair açıqlama verib. O, jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Ermənistan hökuməti bu məsələyə etiraz etməyəcək.
Minval.info xəbər verir ki, Paşinyan, Rusiya tərəfindən müzakirəyə çıxarılan bu mövzuda Ermənistanın mövqeyini müəyyənləşdirdiyini qeyd edib. O, “Güclü Ermənistan”ın lideri Samvel Karapetyanın fikirlərinə istinad edərək, “Baza çıxarılsa, sahibsiz qalacağıq” deməyin doğru olmadığını vurğulayıb. Baş nazir əlavə edib ki, 2022-ci ilin sentyabr hadisələri 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını göstərib.
Paşinyan, Ermənistanın balanslaşdırılmış və şaxəli xarici siyasət həyata keçirdiyini bildirərək, “Nəhayət, bizi KTMT-dən çıxmaqla hədələməyə ehtiyac yoxdur. Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Çıxarmaq istəmirlərsə, qoy çıxarmasınlar” deyə əlavə edib.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq