17.09.2026 - 19:40
Siyasət 19 baxış

Ermənistanda baş nazirlik iddiası: Karapetyan meydanda!

Ermənistanın müxalifət lideri və “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan, ölkənin növbəti baş naziri olacağını bəyan edib. O, bu barədə jurnalistlərə açıqlama verərək, “Əmin olun, növbəti baş nazir mütləq mən olacam və siz də məni alqışlayacaqsınız. Hətta Paşinyan da alqışlayacaq”, – deyə bildirib.

Minval.info xəbər verir ki, Karapetyan, baş nazir olacağı vaxtla bağlı suala “Gizli deyəcəm” cavabını verib. Müxalifətin hakimiyyətə qarşı mümkün mitinqləri barədə isə o, “Nəyə ehtiyac olsa, edəcəyik. Görürəm ki, ən çox mən və siz tələsirik ki, Paşinyanı yola salaq. Amma bu işə “ağlı başında adam” lazımdır. O “ağlı başında adam” artıq var, qoyun sakitcə işimizi görüb bitirək. O ağlı başında olan adam elə mən özüməm. Təəccüblənə bilərsiniz, o mənəm”, – deyə vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: