Yandırılaraq öldürülən şəxs cinsi azlıq nümayəndəsi imiş - RƏSMİ AÇIQLAMA

Bakıda 3 gün öncə yandırılmış meyiti tapılan şəxsin kimliyi və onu qətlə yetirməkdə şübhəli bilinən şəxs məlum olub.
Minval.info-nun xəbərinə görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində üzərində xəsarətlər olan meyit tapılıb: “Dərhal cinayət işi başlanılıb, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, öldürülən şəxs Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyevdir.
Onu avqustun 18-də bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini Mirşahid Mehdiyev şübhəli şəxs qismində tutulub”.
Hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır