Xuraman Muradovanın ölkədən çıxışı QADAĞAN EDİLDİ
“Milana Medical” MMC-nin rəhbəri, iş qadını və yazar kimi tanınan Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb.
“Minval.info” Kriminalqafqaz”a istinadən xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olub.
Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə müraciət edərək X.Muradovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizə onunla əsaslandırılıb ki, X.Muradovanın rəhbəri olduğu Milan Hospitalının (hospital “Milana Medical” MMC-ə məxsusdur) dövlət büdcəsinə ümumilikdə 7774 manat vergi və sosial ödənişlərlə bağlı borcu var.
X.Muradova məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Hospital direktorunun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında bu günə olan məlumatlara əsasən, “Milana Medical” MMC bütün vergi ödənişlərini ödəyib.
Xatırladaq ki, 57 yaşlı Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O əvvəlcə “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə Milan Hospitalın baş direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəbrayılda kişi tikinti işləri zamanı minaya düşdü
Cəmil Məmmədli haradadır? - Rəsmi açıqlama
Dayanacaqlara səpilən 300 milyon - Monitorlar sökülür - VİDEO
45 yaşlı müğənninin bikinili pozları izləyənləri heyran etdi - FOTO
Bakıda köşk yandı