Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Ermənistanın Ararat bölgəsində yerləşən Kərki (Tiqranaşen) adlı yaşayış məntəqəsinin gələcəyi ilə bağlı müzakirələr davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş anklavlarla bağlı açıqlama verərək, Kərkinin harada yerləşəcəyinin hələ də sual altında olduğunu bildirib.
Minval.info xəbər verir ki, Paşinyan, beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik Ermənistan ərazisinə Kərki və digər anklavların daxil olmadığını, lakin Başkəndin (Artsvaşen) daxil olduğunu qeyd edib. O, “Biz buna imkan verməyəcəyik…” deyənlərin müharibəyə təhrik etdiyini vurğulayıb. Faktın təsbit edilməsi ilə yerində qərar qəbul edilməsi arasında fərq olduğunu bildirən Paşinyan, bu məsələ ilə bağlı hələlik heç bir razılaşmanın olmadığını əlavə edib. Araratın genişləndirilmiş icmasında Kərki yaşayış məntəqəsinin olacağını, lakin Kərkini harada və hansı sərhədlər daxilində yerləşdirməyin başqa bir məsələ olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq