Binəqədidə yol təmiri: Sakinlər narazıdır
Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu səbəbdən ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Minval.info xəbər verir ki, yaranmış vəziyyət sakinlərin narazılığına səbəb olub. Sakinlərdən biri, yolun iyul ayından bəri problemli olduğunu, lakin təmir işlərinin dərslərin başlamasına bir neçə gün qalmış başladığını bildirib. O, həmçinin Biləcəri istiqamətində də hərəkətin məhdudlaşdırılmasının Binəqədi qəsəbəsində nəqliyyat yükünü artırdığını qeyd edib.
Sakinlər, avtobusların aşağı məhəllədə dayanması səbəbindən insanların uzun məsafələr piyada getməyə məcbur qaldığını vurğulayıb. Onlar, yolun təmirə bağlanmasına baxmayaraq, nəqliyyatın hərəkətinin insanlar üçün tənzimlənmədiyini bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Microsoft 13 yaşdan kiçiklərə Copilot-u bağladı
Sürücülərin əks istiqamət manevri tıxacı artırdı
Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu tapıldı
Tesla'nın sükan və pedal olmadan idarəetməsi!
Qazaxıstan Avroviziya-2027-dən kənarda qaldı!
Bloger Arifə Məmmədova Gürcüstanda kanatda qaldı
Ekspres avtobusların marşrutu yenidən təşkil edildi