Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakının Sabunçu Tibb Mərkəzində doğuşdan sonra ananın qolları olmayan və çoxsaylı inkişaf qüsurları ilə dünyaya gələn körpəsindən imtina etməsi hadisəsi baş verib. Tibb mərkəzindən verilən məlumata görə, 1985-ci il təvəllüdlü qadın iyunun 27-də hamiləliyin 36-cı həftəsində xəstəxanaya yerləşdirilib. Doğuşdan sonra oğlan uşağında çoxsaylı inkişaf qüsurları aşkarlanıb və ana iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Minval.info xəbər verir ki, körpə sentyabrın 10-da Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib. Hazırda uşağın vəziyyəti kafidir və sosial xidmət əməkdaşlarının nəzarətindədir.
Sosial Xidmətlər Agentliyinin əməkdaşı Qara Rəhimov bildirib ki, ana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirdiyini və özünün, eləcə də övladının sağlamlığında olan problemlər səbəbindən ona daimi qayğı göstərməkdən imtina edib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Hadisə ilə bağlı paytaxt sakinləri arasında keçirilən sorğuda müxtəlif fikirlər səsləndirilib. Bəzi sakinlər ananın qərarını tənqid edərək, “Bunu ancaq analıq hissi ölmüş qadın edər” deyə bildiriblər. Digərləri isə “Övladını atırsa, o nə insandır, nə də ana. O qədər valideynlər var ki, əli-ayağı olmayan uşaqlarına çox yaxşı baxırlar” şəklində fikirlərini ifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək