Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Xırdalan şəhərində yerləşən Seyid Əzim Şirvani küçəsində fəaliyyət göstərən daş emalı sexi sakinlərin narazılığına səbəb olub. Sakinlər sexdən yayılan toz və xırda daş qırıntılarının yaşayış evlərinə və avtomobillərə zərər verdiyini bildirirlər. Onların sözlərinə görə, bu problem uzun müddətdir davam edir.
Minval.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə yoxlama apararaq, sexin fəaliyyətinin atmosfer havasına normadan artıq toz buraxdığını müəyyən ediblər. Bu pozuntu ilə əlaqədar müəssisə barəsində akt tərtib edilib və sexin mülkiyyətçisi Nabat Cəfərova 2 500 manat məbləğində cərimələnib. Eyni zamanda, ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması və sakinlərin narahatlığının aradan qaldırılması üçün mülkiyyətçiyə icrası məcburi olan ekoloji tələb verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mercedes Almaniyada yatırımları dayandırdı, zavod bağlamaları müzakirə edir
Azərbaycanda 100 məktəb adambaşı maliyyələşməyə keçir
Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilər
Nvidia CEO-nun istefası süni intellekt sektorunda narahatlıq yaradır
Pensiya və sosial müavinətlərin artımı açıqlanıb
Azərbaycan neftinin qiyməti yüksəldi