Bakıda yağış sularına qarşı yeni layihələr
Bakıda yağış mövsümünün başlaması ilə birlikdə tullantı sularının yaratdığı problemlər yenidən gündəmə gəlib. Bu problemlər, xüsusilə son illərdə iqlim dəyişikliyi səbəbindən artan yağıntı intensivliyi ilə daha da kəskinləşib. Yeni mövsümdə bu məsələnin həlli üçün hansı tədbirlərin görüləcəyi maraq doğurur.
Minval.info xəbər verir ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı sularının idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçiriləcək. Bu layihələr mövcud infrastrukturun genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində subasma risklərinin azaldılması məqsədini daşıyır.
Hazırda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr üzrə hazırlıq işləri davam edir. Bir sıra layihələr üzrə sənədləşmə və layihələndirmə işləri tamamlanıb, bəzi ərazilərdə isə tikinti-quruculuq işlərinə başlanılıb. Bu tədbirlər yalnız lokal deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasına yönəlib.
Gələn payız mövsümünə hazırlıq tədbirləri də həyata keçirilir. Rayon sukanal idarələri təsdiq edilmiş fəaliyyət planlarına uyğun olaraq yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması kimi tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur və əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına yönəldilir.
Uzunmüddətli və kompleks nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq. Bu baxımdan, əsas prioritetlərdən biri yağış sularının idarə olunması sisteminin genişləndirilməsi və müasir tələblərə uyğun yenidən qurulmasıdır. Layihələr icra olunduqca yeni xətlər və kollektorlar istismara veriləcək, mövcud şəbəkələrin ötürücülük imkanları artırılacaq və yağış sularının daha səmərəli şəkildə kənarlaşdırılması təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər