Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Baku.ws-ın məlumatına görə, “Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama aparılıb.
Bu yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda, S.S. Axundov küçəsində yerləşən və fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində həyata keçirilib.
Aparılan yoxlama zamanı şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən təqdim edilən ət məhsullarının miqdarı ilə bağlı baytarlıq sənədlərində ciddi uyğunsuzluqlar aşkarlanıb. Həmçinin, ətlərin müvafiq temperaturda saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun olmadığı müəyyən edilib. İstehlakçılara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edilməsi də bu hallar sırasındadır.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılana qədər dondurucu anbarda işlər dayandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib