20.10.2026 - 14:14
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Siyasət 195 baxış

Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat

Güney Azərbaycanın Səhənd Partiyası son günlər Azərbaycan Respublikasındakı təhsil qaydaları ətrafında yayılan media manipulyasiyalarına kəskin reaksiya verib. Publika.az-ın məlumatına görə, partiya yaydığı rəsmi bəyanatda regionda demokratik prinsiplərin, dünyəviliyin və milli müstəqilliyin qorunmasının həyati əhəmiyyətini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, dünyəvi siyasi sistemlər bütün vətəndaşların hüquq bərabərliyini təmin edən ən sabit platformadır. “Azərbaycan Respublikasının təhsil sistemindəki vahid geyim qaydaları dövlət məktəblərinin elmi və qeyri-ideoloji xarakterinin qorunmasına yönəlmiş addımdır. Bu addım təqdir edilməli və buna hər kəs hörmət etməlidir,” – deyə bəyanatda bildirilir.

Partiya şəriətə əsaslanan və məcburi hicab tətbiq edən rejimlərin fərdi azadlıqları pozduğunu, onların digər ölkələrin dünyəvi qərarlarına qarşı çıxmasının isə ideoloji ziddiyyətdən irəli gəldiyini bildirib.

Eyni zamanda vurğulanıb ki, beynəlxalq hüquqa əsasən, hər bir müstəqil ölkənin təhsil və mədəniyyət strukturunu müəyyən etmək onun xalqının və qanuni dövlətinin müstəsna hüququdur. “Mənəvi-dini bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ictimai rəyi qızışdırmaq cəhdləri qəbulolunmazdır və milli müstəqilliyin kobud şəkildə pozulmasıdır. Regionun sabitliyi dini radikalizmdən uzaqlaşmaqdan və daxili maraqlara söykənən müasir strukturlara keçiddən asılıdır,” – deyə bəyanatda qeyd olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: