“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozması səbəbindən ciddi cəzalarla üzləşə bilər. Publika.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, klub böyük məbləğdə cərimə ödəməklə yanaşı, əhəmiyyətli miqdarda xalların silinməsi təhlükəsi ilə də qarşı-qarşıyadır.
Nəşr bildirir ki, ən çox ehtimal olunan cəza, “Siti”nin Çempionşipə düşməsinə səbəb olacaq qədər xalın silinməsi ola bilər. Bu vəziyyət, klubun növbəti mövsümlərdə də əlavə xal itiriləcəyi mənasına gələ bilər.
Belə bir ssenaridə, “Mançester Siti”nin İngiltərənin ikinci dərəcəli liqasında ən azı iki mövsüm keçirmək məcburiyyəti yarana bilər. Lakin mənbələr, klubun Premyer Liqadan zorla qovulması və İkinci Liqaya düşməsi ehtimalının aşağı olduğunu bildirir.
Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni daha əvvəl müxtəlif maliyyə pozuntularında günahkar bilmişdi. Klub isə bu iddiaları rədd edir və qərardan apelyasiya şikayəti verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi