Xalq artisti: "Evimdə şəhid var, ad günümü qeyd etməyəcəm!"

“Şəhidlərimizin ili çıxmayıb. Ad günü keçirmirəm”.
Minval.info xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Bu gün 61 yaşı tamam olan sənətçi, şəhidlərimizin əziz ruhuna hörmət və ehtiram əlaməti olaraq ad gününü qeyd etməyəcəyini bildirib:
“İllərdir davam edən Qarabağ həsrətimiz sona yetdi. Bu gün rahat şəkildə biz ora gedib-gəlirik. Bu mənim üçün böyük xöşbəxtlikdir. Biz qələbə qazanan dövlətik, millətik, Qarabağımız, bütün torpaqlarımız azaddır.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizə qələbə hissini yaşadan oğullarımız arasında şəhid olan qardaşım oğlu İsrafil İbrahimov da var. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mənim evimdə şəhid var. Bundan əlavə şəhidlərin il mərasimləri var. Buna görə də ad günümü qeyd etməyəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi