Xaçmazda qanunsuz ov edən şəxslər cəzalandırılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayon u akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerin Siyəzən rayon sakini Ramin Zeynalov olduğu müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb:
“Keçirilən nəzarət tədbirləri zamanı inzibati rayonların ərazisində qanunsuz ov etdiklərinə görə Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır