24.07.2018 - 15:50
Gündəm
21 baxış
Xaçmazda itkin düşən uşaqla bağlı inanılmaz iddia - HADİSƏNİN TƏFƏRRÜATI (VİDEO)
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:
“Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular”.
M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb: “Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”.
Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
10.09.2026 - 22:42
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39
