Xərçəngdən əziyyət çəkən aktyorun xanımı: "42 ildir kirayədə qalırıq"

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartalın vəziyyəti ağırdır.
Minval.info xəbər verir ki, “Elgizlə izlə” proqramı aktyorun kirayə qaldığı evdə çəkiliş edib. N.Qartalın həyat yoldaşı Zərqələm Əliyeva onun xəstəliyindən danışıb:
“Ötən il insult keçirdi, şəkər oldu. İndi qarnı şişdi, getdik həkimə. Dedilər, gedin onkoloji mərkəzə. Apardıq, baxdılar, dedilər, təcili əməliyyat olunmalıdır. Evə gətirməyə qoymadılar. Səhəri gün əməliyyat olundu. Həkim dedi ki, ciyərlərinə aparat qoşulub.
55 ildir teatrda işləyir, can qoyur. Kirayədə yaşayırıq. 42 ildir evsizik. İndi də ev sahibi deyib ki, pis hadisə baş versə, evimə yas salmayın. Qalmışıq belə, necə edək? Bunun axırı necə olacaq? İstəyirəm, xəstəxanadan çıxanda öz evinə gəlsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi