“WhatsApp”da status yazıb intihar edən tələbə ilə bağlı TƏFƏRRÜATLAR - FOTO\VİDEO

Sabirabad rayonunda tələbə intihar edib. Gənc oğlan yaşadığı evin yardımçı tikilisində özünü asıb. Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olan gənc “WhatsApp” paylaşımında intihar edəcəyi ilə bağlı məlumat da verib.
Minval.info-nun “Xəzər Xəbər”ə istinadən məlumatına görə, 17 yaşlı tələbə intihar etməzdən bir neçə dəqiqə öncə “WhatsApp” vasitəsilə status yazaraq paylaşım edib.
Müəmmalı hadisə ötən gün axşam saat 23:00 radələrində Sabirabadın Bulaqlı kəndində baş verib. Kənd sakini Elmir Mirzəzadə özünü asaraq öldürüb.
Elmirin yaxınları və dostları onun hansı səbəbdən intihar etdiyini bilmirlər. Təbiətcə sakit və mülayim olan Elvin 4 bacının tək qardaşı və ailənin sonbeşiyi olub. Atası deyir ki, Elmir sonuncu dəfə axşam yemək yedikdən sonra anasından hamamda suyu qızdırmasını istəyib və başını yuyacağını deyib. Elə ailəsi ilə sonuncu görüşü də bu olub.
Gənc öldükdən sonra onun “WhatsApp” statusunda özünü öldürəcəyi barəsində paylaşım etdiyi məlum olub.
Qeyd edək ki, Elmir Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


https://youtu.be/CfYv5lGR0lw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gənc müəllim intihar etdi
Mingəçevirdə faciə: laqonda ilə qolunu və ayağını kəsdi
Kişi arvadını diri-diri yandırdı – Azərbaycanda dəhşətli ailə dramı
Bakıda mənzildən iki meyit tapıldı
Şəkidə mikroavtobus “Prado” ilə toqquşdu: 9 yaralı
Bakı metrosunda qorxulu anlar: Sərnişinlər vaqonları tərk etdi... - SƏBƏB