"VAR olsaydı, "Qarabağ" 1/8 finala vəsiqə qazanacaqdı" - Elxan Məmmədov
“Ötən il İcraiyyə Komitəsinin VAR sistemi ilə bağlı qərarı var idi. Bununla bağlı FIFA ilə danışıqlara başladıq”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun bugünkü Hesabat Konfransında deyib.
VAR sisteminin tətbiqinin vacibliyini vurğulayan Məmmədov “Qarabağ”a qarşı Konfrans Liqasında haqsızlığı xatırladıb: “Qarabağ”ın Konfrans Liqasının son oyununda VAR sistemi olsaydı, yəqin ki, Azərbaycan klubu qrup lideri kimi 1/8 finala adlayacaqdı”.
O, VAR sisteminin martın əvvəlinə qədər çatdırmağa çalışsalar da, bunun uzun proses olduğunu söyləyib: “Hər şey qaydasında gedirdi. Təəssüf ki, xüsusi çip avadanlığının təmini ilə bağlı problem yarandı. Yenə də çalışırıq ki, VAR sistemi bu mövsüm Premyer Liqada tətbiq olunsun. Hər oyunda VAR sistemi olmalıydı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bizim Market"də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?
Bağçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir? - AÇIQLAMA
Bakıda qəbirstanlıqda yanğın baş verdi
Poqba Makronun çıxışlarına görə millidən imtina etdi
"Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Bayraqdar
Xırdalanda güclü partlayış, yaralı var
Səbuhi Xanlarov əqli məhdudiyyətli gənci ələ saldı, təhqir etdi - VİDEO