"Valensiya"nın futbolçusu Messi ilə qarşıdurmadan danışıb
İspaniyanın “Valensiya” futbol klubunun və Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev Fransanın PSJ komandasının argentinalı hücumçu Lionel Messi ilə necə oynamalı olduğunu xatırlayıb.
Minval.info bu barədə “Sport-Express” nəşrinə istinadən xəbər verir.
“Messi meydanda necə davranır? Adətən sakit. Ancaq bəzən qəzəblənməyə başlayır. Messi əsəbiləşməsə yaxşıdır. Mən onu qəzəbləndirdimmi? Onunla bir neçə dəfə mübahisə etdim, amma sırf oyun yolu ilə, daha başqa cür yox”, – Çerışev deyib.
Avqustun 10-da PSJ Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Keçən mövsüm o, “Barselona”nın heyətində İspaniya çempionatının 35 oyununda iştirak edib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib. Messi Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə Amerika Kubokunu qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qalatasaray” futbolçusunu İngiltərə klubuna satır
Millimizin sabiq üzvü ukraynalı boksçuyla döyüşməkdən qorxub
Futbol üzrə Azərbaycan Premyer Liqası: XIII turun son oyunları keçiriləcək
2020-ci il üçün "Qızıl top" mükafatı Levandovskiyə verilə bilər
Braziliya Neymarın qolu sayəsində Xorvatiyanı məğlub edib
Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi