Vəziyyəti ağır olan Əməkdar artist kömək istəyir

“Ürək çatışmazlığından əziyyət çəkirəm. Həm də allergiyam var, ayaqlarım şişib, gəzə bilmirəm”.
Bu sözləri Minval.info-ya bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Elmira Əliyeva deyib.
Səhhətində problem yaranan “Lalə” qızlar ansamblının solisti xəstəxanada ona yaxşı qulluq edilmədiyini, pis xidmət göstərildiyini iddia edib. Əməkdar artist eyni zamanda maddi çətinlik çəkdiyini də əlavə edib:
“İllərlə səhnədə olmuşam, 50 il ingilis dili müəllimi kimi işləmişəm. Milli Məclisin deputatları Qənirə Paşayeva, Bahar Muradovaya yazdım.
Fəxri ad vermədilər, Prezident təqaüdünə layiq görmədilər. 360 manat pul alıram. O da heç dərmanlarıma çatmır. Xəstəxana xərclərini özüm ödəyirəm. Zülmlə dolanırıq. Kirayə qalmırıq, amma balaca otağımız var. Mənə kömək etsinlər. Çox çətinlik çəkirəm. Ev, təqaüd istəyirəm. Heç olmasa öləndə məni hörmətlə torpağa tapşırsınlar. Ölənə qədər yaxşı baxsınlar. Bir oğlum kafelərə mal paylayır, günə 10 manat qazanır. Bilmir onu da mənə versin, yoxsa dərmanlara”.
Qeyd edək ki, xanəndə 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi