Vətəndaş “şortik” geyindiyinə görə notariusa buraxılmadı
Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən A. Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün qabaq baş verib: “İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də “şortik” var idi. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz.
Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. ASAN Xidmətə də “şortik”də getmişəm. Heç nə deyən olmayıb. Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum”.
“Qafqazinfo” vətəndaşın qarşılaşdığı problemlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Mətbuat Xidmətindən bildirilib ki, bu günlərdə sözügedən notariat kontorunda belə bir hadisə baş verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İşdən çıxarılan icra başçısı həbs edilir - Yeyinti var
Tanınmış müğənnimizin analığı qocalar evində: “Cəhənnəmdən cənnətə düşmüşəm”
Külli miqdarda pul mənimsəyən qadın həbs edildi - BAKIDA (FOTO)
Zamiq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Sabah 40 dərəcə isti olacaq - Diqqətli olun
“O məşhurlar yardım etmirlər, kişiliyi sındırırlar” - Nadir Qafarzadə
Millini daşıyan təyyarə alovlandı - Dünya çempionatında - VİDEO