“Vəsaitlər ancaq onların maaşına yetir, say azaldılmalıdır”
“Bələdiyyə seçkiləri seçki məcəlləsindən çıxarılmalı, ayrıca qanunvericiliklə tənzimlənməlidir. Bələdiyyə sədrliyinə namizəd verən şəxs Prezidentliyə namizədlə eyni sənədləri toplamalı, eyni prosedura keçməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.
Deputat qeyd edib ki, bu prosedurlar ucqar kəndlərdə namizədlərə problem yaradır: “Bundan əlavə bələdiyyə seçkiləri ölkə üzrə eyni vaxtda yox regional, bölgələr üzrə ayrı-ayrı vaxtlarda keçirilməlidir. Dünyanın çox yerində bu belədir və seçki məcəlləsinə yenidən baxılmalıdır”.
ƏLAQƏLİ
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
“Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Ölkədə 16 mindən çox bələdiyyə üzvü var. Bu isə iclasların keçirilməsinə mane olur, vəsaitlər ancaq orada olanların maaşına yetir. Bu say azaldılmalıdır”, – deyə S.Novruzov vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var