12.10.2026 - 17:54
Məktəb mədrəsə deyil, öz qaydaları var
Ölkə 257 baxış

Məktəb mədrəsə deyil, öz qaydaları var

Publika.az-ın məlumatına görə, dövlət ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərarın əsas məqsədi təhsil prosesinin dünyəvi prinsiplər əsasında təşkil edilməsi və vahid geyim qaydalarının müəyyənləşdirilməsidir. Bu müzakirələrdə dini aspektlər, xüsusilə hicab mövzusu da gündəmə gəlib.

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Musa Quliyev, Nazirlər Kabinetinin qərarının Azərbaycan Konstitusiyasına və müvafiq qanunlara tam uyğundur olduğunu qeyd edib. Deputat vurğulayıb ki, əsas məqsəd məktəbdə təhsil prosesinin dünyəvi xarakterini təmin etməkdir.

Musa Quliyev bildirib ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir və burada təhsil hüququ təmin edilir. Vahid geyim forması tətbiqi, müəllim və şagirdlər üçün hüquqi və qanunauyğun bir addımdır və təhsil prosesinin dünyəvi əsaslar üzərində qurulmasına xidmət edir.

Dünyəvi məktəbin tələbləri

Deputat qeyd edib ki, məktəbin öz tələbləri və qaydaları var. Məktəblərdə vahid geyim forması tətbiq edilməklə şagirdlər arasında fərqliliklər aradan qaldırılır və bu, təhsil və tərbiyə prosesində əhəmiyyətli rol oynayır. Musa Quliyev vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır və məktəblər dünyəvi təhsil verməyi hədəfləyir.

Millət vəkili əlavə edib ki, Azərbaycanda müxtəlif etnik və dini qruplar yaşayır və onların hər birinin müxtəlif geyimlə məktəbə gəlməsi ümumi təhsil mühitinə təsir edə bilər. Buna görə də vahid geyim forması qərarını anlayışla qarşılamalıyıq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: