İngiltərə kəşfiyyatı 30 il səhiyyə nazirini izləyib
İngiltərənin daxili kəşfiyyat təşkilatı MI5-in gizliliyi aradan qaldırılmış və Milli Arxivlər tərəfindən ictimaiyyətə açıqlanmış sənədləri, Nye Bevanın 1933-cü ildən 1960-cı ildəki ölümünə qədər parlamentdəki fəaliyyətlərinin, xarici hərəkətlərinin və görüşlərinin yaxından izlənildiyini ortaya qoyub.
BBC-nin məlumatına görə, MI5, müharibə dövründəki koalisiya hökumətində Vinston Çörçillin parlamentdəki ən qızğın müxaliflərindən biri olan Bevanın kommunizmə simpatiya göstərdiyindən şübhələnirdi. Təşkilatın apardığı araşdırmalar Bevanın Kommunist Partiyası ilə əlaqələri səbəbindən “narahatlıq doğuracaq” bir vəziyyətin olmadığını üzə çıxarmış. Lakin buna baxmayaraq, izləmə sona çatdırılmayıb.
Minval.info xəbər verir ki, 1955-ci il tarixli bir qeyddə belə ifadələr yer alır: “1943-cü ildən bəri Bevanın Kommunist Partiyası ilə əlaqələrinə dair əldə etdiyimiz məlumatlar, həm Kommunist Partiyasının, həm də Troçkistlərin onu öz sıralarına cəlb etməyə çalışdıqlarını, lakin bunda uğur qazana bilmədiklərini göstərir.”
1960-cı ildə vəfat edən Bevan, İkinci Dünya Müharibəsindən sonra İngiltərənin səhiyyə naziri olub. O, 1948-ci ildə dövlət tərəfindən maliyyələşdirilən Milli Səhiyyə Sisteminin yaradılmasına öncülük etməsi ilə tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zaporijya Nüvə Stansiyasına hücumlar Rusiya üçün təhlükə yaradır
Nigeriyada əsir saxlanılan iki Avropa qadını Liviyada azad edilib
Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi