22.10.2026 - 15:24
Paşinyan: Türkiyə sərhədi ilə bağlı Bakı ilə danışıqlar davam edir
Siyasət 194 baxış

Paşinyan: Türkiyə sərhədi ilə bağlı Bakı ilə danışıqlar davam edir

Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə ilə sərhədin açılması məsələsində həm Türkiyə, həm də Azərbaycanla işlərin davam etdiyini açıqlayıb. Bu bəyanatı Paşinyan, oktyabrın 22-də hökumət iclasından sonra keçirilən brifinqdə verib.

Publika.az-ın məlumatına görə, Paşinyan, Azərbaycanın bu məsələdə müəyyən qeydlərinin olduğunu bildirib.

“Hazırda proseslər bu mərhələdədir. Bununla belə, müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik”, – deyə baş nazir Paşinyan vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: