Azərbaycanda benzin və dizel avtomobillərinin istifadəsi dayandırılır
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istifadədən çıxarılması planlaşdırılır. Bu təşəbbüs “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” çərçivəsində həyata keçiriləcək.
Publika.az-ın məlumatına görə, strategiya çərçivəsində 2035-ci ilədək ekoloji standartlara uyğun gəlməyən ənənəvi avtomobil parkı yenilənəcək. Bu müddət ərzində xüsusi təşviq proqramları ilə sərnişin daşımalarında elektromobillərin istifadəsi artırılacaq.
2060-cı ilə qədər isə ölkədəki bütün sərnişin avtomobillərinin elektrik və digər alternativ enerji mənbələrinə keçməsi təmin olunacaq. Daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istifadədən çıxarılması dövlət tərəfindən dəstəklənən stimullaşdırıcı tədbirlərlə müşayiət olunacaq.
ƏLAQƏLİ
Ermənistanın Avropa planı sual altındadır: İxrac çökür, iqtisadi itkilər artır
Bu qərar təkcə avtobuslara deyil, eyni zamanda şəxsi minik maşınlarına və digər sərnişin avtomobillərinə də şamil ediləcək. Məqsəd ölkədə ekologiyanı qorumaq üçün benzilə işləyən avtomobillərdən imtina edərək tam elektrikli nəqliyyat vasitələrinə keçidi təmin etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq
Sabahdan bu məhsulların ixrac tarifi 20 dəfə artırılır
Azərbaycan xəzinə ödənişləri 2 saata endiriləcək
Meta gəlirini artırdı, cərimələrdən yaranan zərərləri azaldır
Azərbaycanda bəzi gömrük rüsumları sabahdan 100 dəfə artırılacaq
Dünyada palma yağı bu yağla əvəz olunacaq