Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib
“Mənim mövqeyim dəyişməyib. Zaman hər şeyi göstərəcək.”
Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 22 oktyabrda keçirilən hökumət iclasından sonra təşkil olunan ənənəvi brifinqdə bildirib. O, Avrasiya İqtisadi Birliyi (AİB) üzv dövlətlərinin son bəyanatlarına münasibətini açıqlayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan hökumətinin əsas prioritetləri ölkənin davamlı və sabit inkişafının təmin edilməsi, müstəqillik və suverenliyin qorunmasıdır. Paşinyan bildirib ki, “Biz bu yolu və münasibətlərimizi şaxələndirmək yolunu tutacağıq.”
O, həmçinin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qanunu xatırladıb. Baş nazirin fikrincə, bu qanun hökumətin vətəndaş cəmiyyətinin qanunvericilik təşəbbüsünü dəstəklədiyi nadir hallardan biridir.
Paşinyan, eyni zamanda, hökumətin ölkədə demokratiyanı müdafiə etmək əzminə və hazırlığına da xüsusi diqqət çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Türkiyə sərhədi ilə bağlı Bakı ilə danışıqlar davam edir
Ukrayna-Rusiya sülh danışıqlarında üç əsas tələb müzakirə edilir
Türkiyə R4 və E3 formatında mühüm toplantılara ev sahibliyi edəcək
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat