Məktəbə hazırlıq başlayır: Uşaqların yuxu rejimi necə tənzimlənməlidir?
Uşaqların yuxu rejimini məktəb başlamadan əvvəl tənzimləmək üçün son günə qədər gözləmək effektiv deyil. Psixoloq və uşaq yuxusu üzrə mütəxəssis Yelena Matveyeva bildirir ki, bu dəyişikliyə dərslərdən 1-2 həftə əvvəl başlamaq daha məqsədəuyğundur.
Minval.info xəbər verir ki, mütəxəssis yay aylarında gec yatmağa və gec oyanmağa öyrəşən uşaqların bioloji saatının dəyişdiyini vurğulayıb. Buna görə də, hər 2-3 gündən bir yuxu və oyanma vaxtını 10-15 dəqiqə erkən çəkmək məsləhətdir.
Uşaqların gündəlik rejimində səhər yeməyi, gəzinti və axşam yeməyi vaxtlarının da tədricən dəyişdirilməsi vacibdir. Psixoloq, səhər saatlarında təbii işığın əhəmiyyətini qeyd edərək, oyandıqdan sonra parlaq təbii işığın uşağın bioloji saatının daha sürətli uyğunlaşmasına kömək etdiyini bildirib. Səhər yeməyindən sonra gəzinti də yuxu rejiminin tənzimlənməsində faydalı ola bilər.
Mütəxəssis xəbərdarlıq edir ki, uşaq erkən oyanmağa vaxtında uyğunlaşmasa, dərsə yorğun gedə bilər və bu, tədris prosesində çətinliklər yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!