Upır dronunun yaradıcısına sui-qəsd: partlayan avtomobilin sirri nədir?
Yekaterinburq şəhəri yaxınlığında yerləşən Bolşoy İstok kəndində, hərbi texnologiyalar üzrə ixtisaslaşmış “Uraldronzavod” şirkətinin direktoru Vladimir Tkaçukun “Mercedes” markalı avtomobili naməlum şəxslər tərəfindən partladılıb.
Minval.info xəbər verir ki, partlayış baş verən zaman Tkaçuk avtomobildən bir qədər aralıda olub. Hazırda o, reanimasiyada yerləşdirilib və həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparırlar. Hadisə ilə bağlı müstəntiqlər tərəfindən ümumtəhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Vladimir Tkaçuk, cəbhə xəttində geniş istifadə olunan “Upır” dronunun yaradıcısı kimi tanınır. Bu dronların istehsalına 2022-ci ilin sentyabrında başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prokuror generalın qızının həbsini tələb edir
Bakıda qadın mağazada qızıl oğurluğu etdi
Gədəbəydə 17 yaşlı qızı qaçıran qardaşlara hökm oxundu
Bəxtiyar Dali məhkəmə qarşısında: yeni qərar açıqlandı
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar