04.11.2026 - 17:24
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Kriminal 188 baxış

Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar

Keçən il sentyabrın 25-də Türkiyənin Yalova şəhərinin Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı istintaqda yeni iddialar gündəmə gəlib.

Oxu.az-ın yazdığına görə, “SABAH” nəşri bu haqda məlumat yayıb. Məlumata əsasən, müğənninin bacısının vəkilləri Güllünün oğlu Tuğberk Yağız Gülterə qarşı dəlilləri məhv etmək və gizlətmək ittihamı ilə cinayət işi qaldırıb.

Cinayət işində evdəki təhlükəsizlik kameralarının vəziyyəti, görüntülərin səlahiyyətlilərə necə və nə vaxt təhvil verilməsi, eləcə də Tuğberk Yağız Gülterin internetdə etdiyi iddia olunan axtarışlar diqqət çəkir. İddialara görə, kamera sisteminə giriş səlahiyyəti yalnız Güllü və oğluna məxsus olub və bəzi kameraların işləmədiyi bildirilib.

İstintaqda diqqət çəkən digər bir məqam isə Güllünün öldüyü gün evə necə girilməsi olub. Bildirilir ki, Tuğberk Yağız Gülter qapının kodunu bilmədiyi üçün qonşusundan kömək istəyib və qonşusunun terrasından nərdivanla pəncərəyə çatıb.

İddialara görə, Tuğberk Yağız Gülter kamera qeydlərini hadisədən bir neçə həftə sonra səlahiyyətlilərə təhvil verib və bu müddət ərzində süni intellekt tətbiqlərində “Videonun səsinin dəyişdirilib-dəyişdirilmədiyini aşkar etmək mümkündürmü?” kimi suallar axtarıb.

Xatırladaq ki, Güllünün qızı Tuğyan Ülkəm Gülter məhkəmə tərəfindən “əvvəldən planlayaraq valideynini qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun anasını pəncərədən itələdiyi qənaətinə gəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: