ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
ABŞ-da süni zəka texnologiyasını istifadə edərək şirkət rəhbərlərinin və vəkillərin səsini, bəzən də görüntüsünü təqlid edən üç nəfər haqqında ittiham irəli sürülüb. BBC-nin məlumatına görə, İngiltərə və ABŞ-dakı şirkətləri hədəf alan şübhəlilərin bu üsulla təxminən 129 milyon dollar dələduzluq etdiyi iddia edilir.
Minval.info xəbər verir ki, Nyu-York Bölgə Məhkəməsinə təqdim olunan iddianaməyə əsasən, üç şübhəli bir ildən çox müddət ərzində dünya üzrə minlərlə şirkəti hədəf alıb. Süni zəka dəstəyi ilə həyata keçirilən bu dələduzluq planı ilə şübhəlilər, şirkət rəhbərlərinin səsini və bəzən də görüntüsünü təqlid edərək 129 milyon dollar əldə ediblər.
İngiltərə və ABŞ-dakı şirkətləri hədəf alan şübhəlilər, süni zəka texnologiyası ilə yaradılan səs və görüntüləri telefon danışıqlarında və video konfranslarda istifadə ediblər. Məhkəmə sənədlərinə görə, şübhəlilər, əlaqə saxladıqları şirkət işçilərini böyük bir hüquq firmasında çalışan bir vəkillə əlaqə yaratmağa yönləndiriblər.
ƏLAQƏLİ
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Daha sonra, vəkil kimliyi ilə çıxış edən şübhəlilərdən biri, işçilərə dünyanın müxtəlif bölgələrindəki bank hesablarına yüksək miqdarda pul göndərilməsini əmr edib. Şübhəlilərin bank hesablarına köçürülən pulların mənbəyini gizlətmək üçün vəsaitləri kriptovalyutaya çevirdikləri bildirilib. Bu varlıqlar daha sonra şübhəlilər və dələduzluq planında iştirak edən digər şəxslər arasında bölüşdürülüb.
Şübhəlilər haqqında elektron dələduzluq və şəxsiyyət oğurluğu ittihamları ilə iddianamə hazırlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu