Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
ABŞ-da süni intellekt texnologiyasından istifadə edərək şirkət rəhbərlərinin və hüquqşünasların səslərini təqlid edən üç şəxs haqqında cinayət işi açılıb. Baku.ws-ın məlumatına görə, bu şəxslər müxtəlif şirkətlərdən ümumilikdə 129 milyon dollardan çox vəsaiti mənimsəməkdə şübhəli bilinirlər.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, şübhəlilər 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək müxtəlif şirkətlərin rəhbərlərinin və böyük hüquq firmalarının vəkillərinin səslərini saxtalaşdırıblar. Onlar əməkdaşları gizli maliyyə əməliyyatları olduğuna inandıraraq, pulların dünyanın müxtəlif ölkələrindəki bank hesablarına köçürülməsinə nail olublar.
Dələduzluq əməliyyatları
Bu dələduzluq nəticəsində Missuri ştatındakı xəstəxana sistemindən 4,8 milyon, Rod-Aylenddəki bankdan 2,6 milyon, Kaliforniyadakı xəstəxanadan 2,9 milyon, Böyük Britaniyada yerləşən maliyyə texnologiyaları şirkətindən 11,5 milyon, Massaçusetsdəki investisiya fondundan 4,6 milyon və Floridada fəaliyyət göstərən ev heyvanları üçün yem istehsalçısından 5,2 milyon dollar oğurlandığı bildirilir.
Şübhəlilər Avropada keçirilən əməliyyatlar zamanı saxlanılıb. Onlardan 41 yaşlı Ceykob Soall və 54 yaşlı Şeron Hazan İspaniyada, 42 yaşlı Qay Şitrit isə İngiltərədə tutulub. Onların ABŞ-a ekstradisiyası gözlənilir.
Əgər ittihamlar sübuta yetirilərsə, bu şəxsləri 20 ilədək həbs cəzası gözləyir. Qeyd etmək lazımdır ki, Şeron Hazan 2008-ci ildə də bank dələduzluğuna görə məhkum edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu