16.11.2026 - 14:04
Prokuror generalın qızının həbsini tələb edir
Kriminal 327 baxış

Prokuror generalın qızının həbsini tələb edir

Baku.ws-ın məlumatına görə, prokuror general Natiq Əliyevin qızı Türkər Əliyevanın dələduzluq ittihamı ilə bağlı ev dustaqlığı qərarına etiraz edib. Prokuror, ağır cinayətdə ittiham olunan Türkər Əliyevanın azadlıqda qalmasının istintaqa təsir edə biləcəyinə əsaslanaraq onun həbsini tələb edir.

Etiraz müraciəti artıq Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub. Prokurorluq, istintaqdan yayınma və tərəflərə təsir ehtimallarını nəzərə alaraq həbs qərarının çıxarılmasını istəyir.

Bu işdə şikayətçi qismində çıxış edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir. İttihama əsasən, Türkər Əliyeva Ceyhun Rzayevdən torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə külli miqdarda pul alıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi, Türkər Əliyevanın təkbaşına böyütdüyü azyaşlı övladlarını və dəymiş ziyanın bir qismini ödəməsini nəzərə alaraq onun həbs olunması ilə bağlı təqdimatı təmin etməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: