Universitetə sənəd vermişdi - Meyiti tapıldı
Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.
“Minval.info” xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
Qafqazinfo-nun məlumatına görə, Zaur iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO
"BakuBus" sürücü ilə sərnişin arasındakı insidentə görə üzr istədi
Canlı yayımda Sedat Pekerə söyüş söydü - Evində GÜLLƏLƏNDİ
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı