UNESCO-nun baş direktorunun müavini: “Azərbaycanın gördüyü tədbirlər təqdirəlayiqdir”

“Azərbaycanın dünyanın mədəni və qeyri-maddi irsinin mühafizəsi sahəsindəki gördüyü tədbirlər təqdirəlayiqdir”.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu fikirləri UNESCO-nun baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez bu gün UNESCO-nun mənzil qərargahında Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, ölkələr dünya irsinin qorunması naminə səfərbər olublar:
“Azərbaycan hökumətinə 2003-cü il konvensiyasının həyata keçirilməsində yaxından iştirakına görə minnətdarlığımı bildirmək istəyirəm. Konvensiya qəbul olunduqdan bəri bir çox ölkələr məqsədə çatmaq üçün birgə əməkdaşlıq edirlər. Mədəni və qeyri-maddi irsin qorunub saxlanılması xalqların biliklərinə birbaşa çıxış yaradır və canlı mənbə təşkil edir”.
Ernesto Ottone Ramirez bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı dünyanın mədəni və qeyri-maddi irsinin ayrılmaz hissəsidir:
“Onun fəlsəfi ideyalarının hər biri böyük maraq və əhəmiyyət kəsb edir. Xüsusilə yaratdığı qadın obrazları ədəbiyyatda fundamental yer tutur. Nizaminin ədəbiyyatı eyni zamanda kövrəldir, təşviq edir və düşünməyə məcbur edir. Əsərləri əks olunan miniatürlər Nizami ədəbiyyatını və fəlsəfəsini öyrənmək üçün əsas mənbədir”.
UNESCO-nun rəsmisi Azərbaycanın miniatür incəsənətinin qorunması sahəsindəki əməyini də xüsusi qeyd edib:
“Miniatür incəsənəti UNESCO-nun 2003-cü il Konvensiyası ilə dünya mədəniyyəti və qeyri-maddi irsi siyahısına daxil edilib. Burada Azərbaycanın böyük rolu olub. Dörd ölkə, Azərbaycan, İran, Türkiyə, Özbəkistan bu işdə birgə çalışıblar. Mədəni irsimizi qorumaq məqsədilə gördüyümüz işlərimizlə dialoqu möhkəmlədə bilərik. Məqsədimiz mədəni və qeyri-maddi irsimizin bəşəriyyət, gələcək nəsillər üçün qoruyub saxlamaqdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi