Ukraynada qatar stansiyası raketlə vuruldu - 22 ölü (YENİLƏNİB)
Rusiya ordusunun Dnepropetrovsk vilayətində qatar stansiyasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var, evini Rusiya raketi dağıdıb”, – deyə prezident qeyd edib.
Zelenski vurğulayıb ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.
***
22:19
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə aviazərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə UNIAN informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, rusların atdığı raketlər vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına dəyib, nəticədə azı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir