Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva, “Medera Hospital”da keçirdiyi əməliyyatdan sonra ciddi problemlərlə üzləşdiyini bildirib. Onun iddiasına görə, həkim Gürkan onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat edib. Dövlət Abdullayeva uzun illərdir ayaqları ilə bağlı problemlər yaşadığını və son əməliyyatdan sonra vəziyyətinin daha da pisləşdiyini qeyd edib. “20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam. Məni necə şikəst qoyubsa, gəlsin”, – deyə o bildirib.
Minval.info xəbər verir ki, “Medera Hospital”dan verilən açıqlamada Dövlət Əliqulu qızı Abdullayevanın 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunduğu bildirilib. Daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət edilib və rəhbərlik və mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və iki aylıq müalicə təyin edib. Müalicə başa çatdıqdan sonra xəstənin klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Dövlət Abdullayeva bu təklifi qəbul edərək rayona qayıdıb.
Klinikadan bildirilib ki, Dövlət Abdullayeva və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müxtəlif dövlət qurumlarına əsassız şikayətlər ediblər. Abdullayevlər ailəsi əməliyyatı icra edən həkimin Türkiyəyə getdiyini və geri qayıtmayacağını iddia etsə də, qarşı tərəf bu barədə açıqlama verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail ordusu Cənubi Livana yeni hava hücumları həyata keçirib
Müctəba Xamenei İran ordusuna təhdidlərə qarşı tədbir gördü
ABŞ İranın balıqçı gəmilərinə hücum edib?
Kripto tarixinin ən böyük oğurluğu: 6,3 milyard dollar itki
Fələstinə beynəlxalq müdafiə qüvvəsi təcili göndərilməlidir
Donald Tramp: Kripto valyuta hücumu araşdırılır