Arxası üstə yatmaq təhlükəsi: Kimlərə olmaz?
Kardioloq Aurelio Roxas bəzi insanlara arxası üstə yatmaqdan çəkinməyi tövsiyə edir. Mütəxəssisin fikrincə, obstruktiv yuxu apnesi sindromu olan şəxslər üçün böyrü üstə yatmaq daha məqsədəuyğundur. Bu vəziyyət gecə ərzində tənəffüsün pozulması hallarını azalda bilər. Minval.info xəbər verir ki, kardioloq qastroezofageal reflüksdən əziyyət çəkən insanlara sol böyrü üstə yatmağı məsləhət görüb. Bu, mədə-bağırsaq sistemində yaranan narahatlığın azalmasına kömək edə bilər. Hamiləlik dövründə isə, xüsusilə qarın böyüdükcə, sol böyrü üstə yatmaq tövsiyə olunur. Bununla belə, boyun və ya onurğa ilə bağlı problemi olan qadınların özləri üçün ən rahat yuxu vəziyyətini seçməsinin daha vacib olduğu qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"