Trampdan Talibana: 7 milyardlıq silahı qaytarın!
Donald Tramp, Taliban hökumətindən 2021-ci ildə Əfqanıstan hökumətinin süqutundan sonra ölkədə qalmış 7 milyard dollar dəyərində ABŞ silah və hərbi texnikasının geri qaytarılmasını tələb edib. Lakin Taliban hökuməti bu tələbi rədd edib.
Minval.info xəbər verir ki, Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxi, bu silah və texnikanın artıq Əfqanıstan dövlətinin mülkiyyətində olduğunu və bu barədə heç bir sövdələşmənin aparılmadığını bildirib. O, həmçinin Vaşinqtonun Əfqanıstana vurduğu zərərə görə əvvəlcə özünün “haqq-hesab verməli” olduğunu qeyd edib.
Politoloq Zərdüşt Əlizadə, Trampın bu tələbinin Əfqanıstana qarşı hərbi əməliyyatlara səbəb olmayacağını düşünür. O, ABŞ-ın hazırda İranla müharibədə aciz durumda olduğunu və Əfqanıstana qarşı hər hansı bir hərbi əməliyyatın ağlabatan olmadığını vurğulayıb. Əlizadə, ABŞ-ın Əfqanıstana hücum etməsi üçün heç bir şəraitin olmadığını və Trampın bu cür fikirlərinə tənqidi yanaşmağın vacib olduğunu bildirib.
ƏLAQƏLİ
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər