Azərbaycanın "Ayrılıq" mahnısı Türkiyə serialında səsləndi
Türkiyənin ‘Show TV’ kanalında yayımlanan ‘Sevdan bir ateş’ serialının ilk bölümündə Azərbaycan musiqisi səsləndirilib. Serialın sonunda bəstəkar Emin Sabitoğlunun musiqisi və Mikayıl Müşfiqin sözləri əsasında yaradılan məşhur ‘Ayrılıq’ mahnısı tamaşaçılara təqdim olunub.
Minval.info xəbər verir ki, mahnı Türkiyənin tanınmış sənətçisi Selda Bağcanın ifasında təqdim edilib. Leylanın Mirzanın olduğu qatarı çatmağa çalışdığı duyğulu səhnədə ‘Ayrılıq’ mahnısının səslənməsi tamaşaçıların diqqətini çəkib.
Sosial şəbəkələrdə də geniş maraqla qarşılanan bu səhnə, izləyicilər tərəfindən Azərbaycan mahnısının səhnəyə xüsusi təsir və duyğu qatdığı bildirilir. Serial, Kapadokyada çəkilib və nikahlarına az qalmış yolları ayrılan iki gəncin yeddi il sonra yenidən qarşılaşmasından bəhs edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır