Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Sentyabrın 8-də Şəkidə iki gəncin həyatını itirməsi ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. Ucal Bayramovun bacısı Xəyalə Bayramova, AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya göstərib.
Minval.info xəbər verir ki, Xəyalə Bayramova, süjetdə qardaşının və hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb. O, zərurət yaranacağı təqdirdə, məsələnin Azərbaycan hüdudlarından kənara da çıxarılacağını qeyd edib: “Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. Amma lazım olsa, bu məsələ hüquqi müstəvidə Azərbaycan hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar…”
Qeyd edək ki, sözügedən süjetdə müxbir hadisəni belə təqdim edib: “Məlum oldu ki, gənclər tros qırılması nəticəsində deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın rolikləri trosdan çıxaraq, yerə düşüblər”. Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib. Bu səbəbdən AzTV bir sıra jurnalistlər tərəfindən ciddi tənqid olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!
Məktəb yaşı artırılır? Təhsil müddəti qısalır?